Vəkilə qarşı rüşvət ittihamı - BƏRAƏT HÖKMÜ ÜÇÜN 20 MİN ALIB?
Vəkillər Kollegiyasının üzvü Cavid Əliyev məhkəmədə vətəndaşa bəraət hökmünün çıxarılması üçün 20 min manat rüşvət almaqda ittiham olunur.
Xalqxeber.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, bu barədə Aytən Mahmudova bildirib.
Məlumata görə, işlə bağlı Nəsimi rayon məhkəməsinin hakimi Solmaz Mustafayeva Aytən Mahmudovaya bəraət versə də Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov bəraət hökmünü ləğv edib.
Aytən Mahmudova isə öz növbəsində vəkil Cavid Əliyevdən ona verdiyi 20 min manatı tələb edib.
Aytən Mahmudova vəkilə pulu qaytarması üçün ona Watsapp üzərindən mesajları yazıb.
Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı vəkil Cavid Əliyevlə əlaqə saxlayıb.
Cavid Əliyev “Yalan deyir, böhtan atır” deyərək, telefonun dəstəyini asıb.
Mahmudovanın sosial şəbəkələrdə yaydığı mesajları təqdim edirik:


İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb