BU NƏDİ BELƏ: Qazinin medalları ƏLİNDƏN ALINDI... - Nə rəsmi səndə var, nə də ki...
- 17-08-2023, 10:13
- 334
Qarabağ Qazisinin DİA.AZ-a bildirdiyinə görə, yaşadığı Suraxanı rayon Qaraçuxur qəsəbəsinin "Şərq massivi" adlanan ünvanına gələn Səfərbərlik Xidmətinin yeri şöbəsinin rəsmi şəxsi onu hədələyib: "Mənə bildirdi ki, əgər xoşluqla medalları və vəsiqəni verməsəm, polislə gələcək. Mən də bu şəxsə inanıb medalları və cənab Prezidentimizin imzasıyla təsdiq olunmuş vəsiqəmi ona verdim".
Çox maraqlıdır, əgər hansısa rəsmi qərar varsa, nədən Mübariz Abbasovu Səfərbərlik Xidmətinə rəsmi dəvət elətdirib, hansısa rəsmi sənədə imza atdirmadan onun təltifləri geri təhvil alınmayıb?
Qarabağ Qazisi bu qəribə olayla bağlı əlaqədar qurumlardan və Prezidentdən kömək istəyir.
Məsələ diqqətimizdədir və aidiyyatı üzrə bütün maraqlı tərəfləri olaraq dinləməyə hazırıq...
Xəyyam Qurbanlı