BU NƏDİ BELƏ: Qazinin medalları ƏLİNDƏN ALINDI... - Nə rəsmi səndə var, nə də ki...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinin rəsmisi Qazinin evinə gəlib medallarını geri alıb. DİA.AZ bildirir ki, 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən Müharibəsinə hərbi xidməti bitirdikdən sonra Səfərbərliklə yenidən cəlb olunan, döyüşlərdə tuşlayıcı olaraq yaxından iştirak edərək ali baş komandan cənab İlham Əliyevin də müvafiq sərəncamı ilə 3 medalla təltif olunan Abbasov Mübariz Şahin oğlu ilginc açıqlamalar verib.
Qarabağ Qazisinin DİA.AZ-a bildirdiyinə görə, yaşadığı Suraxanı rayon Qaraçuxur qəsəbəsinin "Şərq massivi" adlanan ünvanına gələn Səfərbərlik Xidmətinin yeri şöbəsinin rəsmi şəxsi onu hədələyib: "Mənə bildirdi ki, əgər xoşluqla medalları və vəsiqəni verməsəm, polislə gələcək. Mən də bu şəxsə inanıb medalları və cənab Prezidentimizin imzasıyla təsdiq olunmuş vəsiqəmi ona verdim".
Çox maraqlıdır, əgər hansısa rəsmi qərar varsa, nədən Mübariz Abbasovu Səfərbərlik Xidmətinə rəsmi dəvət elətdirib, hansısa rəsmi sənədə imza atdirmadan onun təltifləri geri təhvil alınmayıb?
Qarabağ Qazisi bu qəribə olayla bağlı əlaqədar qurumlardan və Prezidentdən kömək istəyir.
Məsələ diqqətimizdədir və aidiyyatı üzrə bütün maraqlı tərəfləri olaraq dinləməyə hazırıq...
Xəyyam Qurbanlı




İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb