SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nəvəsini övladlığa verməyə gəlmişdi, qadın alverçisi çıxdı — Xoşqədəmin verilişində nələr BAŞ VERDİ?

Nəvəsini övladlığa verməyə gəlmişdi, qadın alverçisi çıxdı — Xoşqədəmin verilişində nələr BAŞ VERDİ?

Tarix:

6-07-2017, 11:12

/ 58 947 dəfə oxundu.
Nəvəsini övladlığa verməyə gəlmişdi, qadın alverçisi çıxdı — Xoşqədəmin verilişində nələr BAŞ VERDİ?

"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Bizə danış" verilişində gərgin anlar yaşanıb.

Məlumata görə, doqquz yaşlı nəvəsi Səmanı övladlığa vermək istədiyini bildirən Sevil adlı qadını övladları canlı yayımda rüsvay ediblər. Qızları Sevanə və Xəyalə, oğlu Ramin qadından üz döndərdiklərini dilə gətiriblər. Məlum olub ki, qadın qızlarını Türkiyəyə pis məqsədlər üçün göndərirmiş. Övladlarının dediyinə inansaq, ana qızlarını insan alverinə sürükləyirmiş. Oğlu isə anasıyla heç bir əlaqəsinin olmadığını söyləyib.

Öz növbəsində qadın da övladlarını ittiham edib və onların pis vərdişlərinin olduğunu dilə gətirib.

Verilişin gedişatında həmçinin məlum olub ki, bir neçə gün öncə Türkmənistandan "Bizə danış"a üz tutan Qızılgül adlı xanımın ilk əməliyyatı həyata keçirilib. Yerimə qabiliyyətini tamamilə itirmiş gənc xanımın ayaq üstə ilk görüntüləri hər kəsi təəccübləndirib.

"Ölkə.Az"

Şərhlər

XƏBƏR LENTİ