XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » “Xalq Sığorta” şirkəti biznesini itirir? - 7 milyonluq azalma

“Xalq Sığorta” şirkəti biznesini itirir? - 7 milyonluq azalma

“Xalq Sığorta” şirkəti biznesini itirir? - 7 milyonluq azalma
8-08-2023, 19:26

2023-cü ilin ilk yarısında "Xalq Sığorta" şirkətinin topladığı sığorta haqları 12,04 milyon manat təşkil edib.

Xalqxeber.az-ın "Yeni Sabah"a istinadən məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 37,5% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 7,24 milyon manat olub. 2022-ci ilin birinci yarısında "Xalq Sığorta" 19,3 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Yığımların kəskin azalması fonunda sığorta şirkətinin ödənişləri cüzi azalıb. "Xalq Sığorta"nın sığorta ödənişləri 2022-ci ilin ilk yarısı ilə müqayisədə bu ilin altı ayında 2,1% və ya 261 min manat azalaraq 11,9 milyon manata enib. 2022-ci ilin ilk yarısında bu rəqəm 12,2 milyon manat təşkil edib.

Nəticədə sığorta şirkətinin zərərliliyi (ödəniş-yığım nisbəti) kəskin artıb. Belə ki, 2022-ci ilin ilk yarısında "Xalq Sığorta" topladığı hər 100 manatdan 63,2 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 99 manat təşkil edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.