Piyadalara hərəkət üçün ADAMBAŞI BİR ƏDƏD QANAD DA PAYLAYIN... - Nərimanovda ÖZBAŞINALIQ...
Nərimanov rayonunda Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsindəki piyada səkisi zəbt edilərək restorana çevrilib. Səkidəki ağacların gövdəsi də restoranın içində qalıb.
Tribunainfo.az-a bu barədə yazan sakinlər bildirir ki, Nərimanov rayonunda satılmayan yer qalmayıb. Xüsusilə piyada səkiləri zəbt edilib, addım atmağa yer yoxdur.
Sakinlər bildirib ki, səkilər boyunca əvvəllər ağaclar olub. Səkilər kölgəlik olurdu. Son vaxtlar piyada səkilərinin satışa çıxarılması vəziyyəti dəyişib.
Sözügedən küçələrin kəsişməsində tikilən restoran da kölgəlik yaradan ağacları əhatəyə alıb. Ağaclar retoranın tavanını sərinlədir.
Sakinlər piyada səkilərinin boşaldılmasını, ağacların sayının artırılmasını istəyir.
Bu fotoda göstərilən kafe isə Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində, 3-4 böyük ağacın yerində tikilib. Daha doğrusu, ağacların gövdəsi obyektin içində qalıb. Amma burada kafe açmaq yerinə, dediyimiz kimi, kiçik park salmaq olardı.![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...