Akif Çovdarovun əlaltısı, Şəbnəm Tovuzlunun sevgilisi, “Sipark” şefi Seymur İsayevin tikinti firması hakim qarşısına çıxarılacaq
İddiaçı Əliyev Canpolad Yunis oğlu müqavilə öhdəlikləri ilə bağlı Nərimanov rayon Məhkəməsində iddia qaldırıb. "Azərbaycan Reallığı" xəbər verir ki, işə iyulun 25-də hakim Mehriban Əfəndizadə sədrlik edib. İddiaçı “Evrostroy – S.S” tikinti firması ilə bağlı iddia qaldırıb. Bu şirkət isə “Sipark” tikinti firması olaraq daha çox tanınır.
Sahibi Seymur İsayevdir. Dəfələrlə şirkətin və rəhbərinin barəsində şikayətlər olub. Təbriz küçəsində inşa edilən binanı illərdir ki, təhvil vermirlər. Vətəndaşlar məhkəmələrə üz tutur, aksiya keçirir, ittihamlar səsləndirir. Şirkət rəhbərinin adı MTN generalı olmuş Akif Çovdarovla yaxınlıqda hallanıb.
Hətta onun əli ilə şəriki Famil müğənni Şəbnəm Tovuzlunu MTN-ə apardıb, təzyiqlərə məruz qoyub. Şirkətin haqqında bir sıra ittihamlar var ki, media resurslarında rast gəlmək olar. İndi də bəlli olur ki, ayrı-ayrı şəxlər “Sipark”ı məhkəməyə verirlər. (Tribunainfo.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...