SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Çin-Azərbaycan dostluğunun təməlini Ulu Öndər Heydər Əliyev qoyub

Çin-Azərbaycan dostluğunun təməlini Ulu Öndər Heydər Əliyev qoyub

Tarix:

25-07-2023, 10:51

/ 331 dəfə oxundu.
Çin-Azərbaycan dostluğunun təməlini Ulu Öndər Heydər Əliyev qoyub

 
İyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində ökləmizdə gedən bir çox prosseslərə, xarici və daxili siyasət, idman, nəqliyyat, Azərbaycan və Çin arasında dosluq və əməkdaşlıq əlaqələrinin inkişafı və s. məsələlərə toxunuldu. Çinli jurnalistin suallarını ətraflı cavablandıran dövlətimizin başçısı iki ölkə arasında gələcək əməkdaşlıq əlaqələrindən də danışdı. 
Müsahibədə həm də müasir Azərbaycanın qurucusu və Çin-Azərbaycan dostluğunun təməlini qoyan  Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən danışıldı, bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin geniş qeyd edildiyi vurğulandı. 
Prezident İlham Əliyev qeyd etdi ki, “Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.
Əslində, Çin Heydər Əliyev üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Vaxtilə o, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Heydər Əliyev Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Sıravi insanlarla görüşlər isə Ulu öndərin təbiəti ilə bağlı idi. O, burada - Azərbaycanda da hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin. Təbii ki, o, Çində, həmçinin sadə insanların həyat tərzi ilə maraqlanırdı.
Beləliklə, bizim ikitərəfli münasibətlərimizin təməli həmin tarixi səfər nəticəsində qoyuldu və həmin vaxtdan onların dinamik inkişafı üçün mühüm potensial vardır.
Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən edib. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin ölkəmizin başlıca məqsədləri dəyişməz olaraq qalıb. Bura  dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı aiddir. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub.
 
 
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
 
 
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ