Şəhid pilotumuzun anım günüdür
Bu gün şəhid pilot, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Rəşad Atakişiyevin anim günüdür.
Xalqxeber.az axar.az-a istinadən bildirir ki, 2019-cu il iyul ayının 24-də Xəzər dənizi üzərində gecə vaxtı döyüş şəraitinə maksimum yaxınlaşdırılmış təlimlər zamanı Rəşad Atakişiyevin idarə etdiyi MİQ-29 təyyarəsi ilə radio və radar əlaqələri kəsilmiş, təyyarə müammalı şəkildə Siyəzən rayonunun Zarat kəndi yaxınlığında dənizə düşmüşdü. 20 gündən çox aparılan intensiv axtarışlar nəticəsində onun nəşi və təyyarənin qalıqları dənizin dibindən çıxarıla bilmişdir. İgid pilotun dəfn mərasimi təntənəli şəkildə Azərbaycan hakimiyyəti tərəfindən təşkil olunmuş və o 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Allah rəhmət eləsin.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək