SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Golden kids Fashion" növbəti dəfə öz balaca modellərini seçdi

"Golden kids Fashion" növbəti dəfə öz balaca modellərini seçdi

Tarix:

22-07-2023, 01:09

/ 652 dəfə oxundu.
"Golden kids Fashion" növbəti dəfə öz balaca modellərini seçdi

Bu gün 21.07.2023-tarixdə Bakı şəhərinin Səbail rayonunun Şıxov ərazisində yerləşən "İstanbul Meyhane" restoranında “Golden kids Fashion” model yarışması keçirilib. Möhtəşəm və yüksək şəkildə təşkil olunun yarışmaya tanınmış simalar, eləcə də media nümayəndələri və elm adamları qatılmışdılar. "Golden kids Fashion” bir çox yeniliklərə imza atıb və balaca fidan balalarımızın gələcəyi üçün əlindən gələni əsirgəmir, onların nəinki qalib seçilməsində, hətta yarışmadan sonrakı həyatında da, təşkilat olaraq rol oynamağa çalışır. Yarışmada iştirak edən uşaqların gələcəkdə yeniliklərə imza atmasında da öz əlindən gələn köməkliyi əsirgəmir. Tədbirə dəvət alan müğənnilər öz məlahətli səsləri ilə qonaqların ruhunu oxşayırdılar. Yarışmaya uşaqlarla yanaşı, biri birindən dəyərli müğənnilər, aparıcılar, aktyorlar xüsusi rəng qatırdılar. Valideynlər öz ürək sözlərini, xoş arzularını övladlarına çatdırmaqla yanaşı ara-sıra sevinc gözyaşları axıdırdılar. Model yarışmasının Milli Mətbuatın yaranmasının 148-ci ili ərəfəsində baş tutması xoş təsadüf idi. Tədbirdə iştirak edən media nümayəndələri ilk öncə yarışmanın təşkil olunmasında əməyi keçən təkilat üzvlərini səmimi qəlbdən təbrik edib, gələcək işlərində uğurlar dilədilər. “Golden kids Fashion”-nun rəhbəri Fərqanə Quliyeva mətbuat nümayəndələri tədbirə media dəstəklərinin verilməsində böyük əziyyət çəkən jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik etdi və yarışmada iştirak etmələrinə görə, mükafatlandırdı. Tədbirdə xüsusi qonaq kimi iştirak edən jurnalist Peyman Sadıqov, təşkilat rəhbəri Fərqanə Quliyevaya media nümayəndələrinə göstərdiyi diqqətə görə, təşəkkürünü bildirdi. Peyman müəllim, "Golden kids Fashion"-nun fəaliyyətini davamlı olaraq izlədiyini və yüksək qiymətləndirdiyini xüsusilə vurğuladı. O, bildirdi ki, ən ideal və tam şəffaf şəkildə yarışma təşkil edən təşkilatlardan biri məhz “Golden kids Fashion”-dur. 

Şərhlər

XƏBƏR LENTİ