General oğlunun RESTORAN BİZNESİ... - NARAZILIQ VAR...
"Deməli, bu Astara yolunda "Yolüstü" restoranında dedik bir tikə yemək yeyək. Yeməkləri soruşduq (iş yerlərində olduğu kimi) qiymətləri normal dedilər..." DİA.AZ bildirir ki, bu barədə" Müştərinin Səsi" sosial qrupundakı paylaşımında İsa Nəcəfov adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "5 ədəd spagetti götürdük (2 manat idi) dedik üstünə 1qaşıq ət qulyaj qoysunlar və birinində üstünə qaymaqlı toyuq əlavə etdirdik (bircə qaşıq sadəcə) və beləliklə adamlar bircə qaşıq qaymaqlı toyuğa 6 manat hesab yazıblar.
Deməli, 1 qab spagetti 2 manat 1 qaşıq toyuq 6 manat.... Yəni o yolu gedəndə həmişə "Hacıoğlu"da yemişdik... Amma bu dəfə fərqlilik edək dedik və həqiqətən də fərqlilik oldu..."
DİA.AZ bildirir ki, yerli KİV-də sözügedən restoranın bu günlərdə vəzifəsindən alınmış Ədliyyə Nazirinin keçmiş müavini, eyni zamanda Penitensiar Xidmətin keçmiş rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun oğluna məxsus olduğu iddia olunub. Və həmin restoran düz bir il əvvəl istifadəyə verilib.
İddia olunanlarla bağlı Xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...