Tanınmış vəkilin vergi borcu olan şirkəti tenderdə qalib oldu - AZPROMO-dan 244 min manat alacaq
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) "İqtisadi, elmi-texniki sənədlərin təhlillərinin aparılması və bir sıra məsləhət xidmətlərinin satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.
Xalqxeber.az-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi "LEGALIZE" MMC olub. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin bu tenderə görə sözügedən şirkətlə 244.968 AZN-lik müqavilə bağlayıb.
Əldə etdiyimiz məlumata görə "LEGALIZE" MMC-nin hazırda dövlətə 9579.32 AZN vergi borcu var.
Bildirək ki, nizamnamı kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçi Fuad Qəşəmov Azad oğludur. Fuad Qəşəmov vəkillər bürosunun üzvüdür.
Qeyd edək ki, AZPROMO Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbəri tərəfindən qarsıya qoyulmuş bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil edir.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevdir.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək