Qumarla “BMW” aldığı deyilən azərbaycanlı danışdı: "Bu, biabırçılıqdır" - FOTO
Dünən ölkə mətbuatı qumardan 4,5 milyon rubl udub özünə “BMW” və digər bahalı əşyalar alan azərbaycanlı tələbədən yazıb
Barəsində danışılan Hüseyn Rzazadə bütün bunların ağ yalan olduğunu açıqlayıb: "Guya ki, mən “BMW” almışam qumar hesabına. Ruslar hansısa onlayn qumar saytını reklam etmək üçün hekayə uydurub, mənim fotolarımdan istifadə edərək cəfəng bir yazı hazırlayıblar. Bizin yerli saytlar da araşdırmadan həmin yazını tərcümə edərək tirajlayıblar. Yalandan özlərindən hekayə qurublar bu ruslar öz onlayn qumar saytlarını reklam etmək üçün və bizim saytlar da onların xəbərlərindən yararlanaraq tərcümə edib bütün xəbər portallarında mənim şəkillərimdən istifadə edərək yayıblar. Bildirirəm ki, mənim adım həmin yazılarda qeyd edildiyi kimi Cabbar Nəsibov yox, Hüseyn Rzazadədir. Bu avtomobil isə bir ildir ki, məndədir, qumar hesabına yox, zəhmətim hesabına almışam. Ümumiyyətlə, bütün uğurlarıma görə zəhmət çəkmişəm. Yazılanlar uydurma və cəfəngiyyatdır, məni tanıyanlar necə biri olduğumu bilirlər. Bu, biabırçılıqdır".
Avtosfer.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək