SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azad Cəfərli kimiləri NECƏ VƏZİFƏYƏ TƏYİN OLUNUR? - "Azad yoldaş bu qurumda bir padşah kimi at sürüb..."

Azad Cəfərli kimiləri NECƏ VƏZİFƏYƏ TƏYİN OLUNUR? - "Azad yoldaş bu qurumda bir padşah kimi at sürüb..."

Tarix:

5-07-2023, 13:16

/ 604 dəfə oxundu.
Azad Cəfərli kimiləri NECƏ VƏZİFƏYƏ TƏYİN OLUNUR? - "Azad yoldaş bu qurumda bir padşah kimi at sürüb..."

"Adamın olsun bu ölkədə... Dünən bu yoldaş - Azad Cəfərli Kənd Təsərrüfatı nazirliyinin aparat rəhbəri təyin edilib. Azad yoldaşın son iş yeri Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması inkişaf və bərpası dövlət xidmətinin rəisi olub. Sözsüz ki, burada "böyük uğurlu" xidmət göstərib. Nəticə olaraq mart ayının 1 də prezident tərəfindən vəzifəsindən azad edilib". DİA.AZ bildirir ki, bu açıqlama ilə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli çıxış edib.

"Mədəniyyət Nazirliyində baş verənlər, DTX tərəfindən həyata keçirilən əməliyyatlar və sair cəmiyyət məlumatlıdır" deyə açıqlamasına davam edən S.Adıgözəlli KTN-nin yeni aparat rəhbərinin özkeçmişindən maraqlı faktları təqdim edib:

"Bu millətin mədəni irsinə rəhbərlik edən Azad yoldaş qurumda bir padşah kimi at sürüb.

Taksi sürücüsünu vəzifəyə gətirməkdən tutmuş adı olub özü olmayan işçiləri adına maaş yazmağa qədər. Keçmiş nazir ilə daha nələrə əlbir olduqları da ayrı mövzudur.

İndi siz adamın iş karyerasına baxın.

Əmək fəaliyyətinə Xarici işlər nazirliyində başlayır, daha sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri olur. İndi də Kənd Təsərrüfatı nazirliyinin aparat rəhbəri təyin edilir.

Xaric işlər, mədəniyyət sahəsində hansı nəaliyyətləri göstərdi bu yoldaş ki, indi Kənd təsərrüfatı istiqamətinə yönləndirildi.

Bilirsiniz bunları niyə qeyd edirəm?

Hazırda minlərlə qabiliyyəti, bacarığı, dövlət əxlaqı yüksək olan gənc kadrların üzünə belə baxan yoxdur. Onlar ya özəl sektorda ya xaricdə yada işsizdir. Çünki adamları yoxdur".

Məsələ ilə bağlı Xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Şərhlər

XƏBƏR LENTİ