Ermənistanda əsir saxlanılan hərbçimizə HÖKM OXUNDU
- 21-06-2023, 17:20
- 692
Xalqxeber.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Qafan məhkəməsi qondarma hökm çıxarıb.
Qarşı tərəf hərbçimizi Zəngəzur mis-molibden kombinatının mühafizə xidmətinin əməkdaşını öldürməkdə təqsirli bilib. Öldürülən şəxsin ailəsi bu hökmlə razı olmayıb və ömürlük həbs tələb edib.
Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.