XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Kamran Əliyevdən yeni TƏYİNATLAR

Kamran Əliyevdən yeni TƏYİNATLAR

Kamran Əliyevdən yeni TƏYİNATLAR
9-06-2023, 19:16

Lənkərana yeni hərbi prokuror təyin edilib.

Bu barədə Baş prokuror Kamran əliyev əmr imzalayıb.

Əmrə əsasən, Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.

Baş prokurorun digər əmri ilə, Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru vəzifəsinə təyin edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.