“Ölkəmizdə media azadlığı təmin olunur” - İnam Kərimov
“Bu gün ölkəmizdə həm qanunvericilik, həm də məhkəmə praktikası ilə media azadlığı təmin olunur”.
Bunu Ali Məhkəmənin sədri İnam Kərimov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.
O xatırladıb ki, 2001-ci ildə ölkəmiz “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulub və həmin vaxtdan Konvensiya ölkə qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir:
“Bununla da Avropa Məhkəməsinin presedent hüququ yerli məhkəmələr tərəfindən Konvensiyanın tərkib hissəsi kimi qəbul edilərək təcrübədə geniş tətbiq edilir. Bu da nəticə etibarı ilə, media azadlığının ölkəmizin məhkəmələri tərəfindən Avropa Məhkəməsi standartlarına uyğun təmini deməkdir.
Azadlıqla məsuliyyət vəhdət təşkil edir. Yəni, azadlıqla məsuliyyət bir-birindən ayrılmaz anlayışlardır. Odur ki, daha çox azadlıq həm də daha çox məsuliyyət deməkdir. Media orqanlarının obyektivlik, dürüstlük, şəffaflıq, şəxsi həyata hörmət kimi dəyərləri özündə ehtiva edən qanunla müəyyən edilmiş vəzifələri var. Məhkəmənin də rolu bütün tərəflərin hüquq və vəzifələrini balanslı şəkildə qiymətləndirməkdən ibarətdir. Məhkəmə hakimiyyəti olaraq bizim də media orqanlarından əsas gözləntimiz məsuliyyətli olmalarıdır. Ona görə ki, media həm də məsuliyyətli cəmiyyətin formalaşmasında mühüm rol oynayır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...