“Florido” şirkəti tərəfindən Azərbaycan bayrağına qarşı təhqir - FOTOFAKT
Azərbaycanın mühüm dövlət atributu olan üçrəngli bayrağımıza və ölkəmizin xəritəsinə qarşı daha bir sayğısızlıq edilib. Məlumata görə, teleaparıcı İlkin Həsəni sosial şəbəkədə Azərbaycan bayrağının üzərində həkk olunmuş xalçanın şəkilini paylaşaraq "Florido şirkəti ayaq altına səriləcək "yaxşı məhsullar" təklif edir" statusunu paylaşıb. Bu şəkillər isə sosial şəbəkədə ciddi müzakirə mövzusuna çevrilib. Əksər istifadəçilər “Florido” şirkətini ciddi tənqid ediblər.
Bildirək ki, şəkillərdə görünür ki, “Florido” şirkətinin istehsalı olan məhsullarda Azərbaycan bayrağı və xəritəsi ayaq altına sərilən kiçik ölçülü “süni xəz”lərin üzərində həkk olunub.
Qeyd edək ki, bu marağı yalnız “qaz vurub qazan doldurmaq” olan işbazların çirkin və rəzil əməli olmaqla yanaşı, Azərbaycanın milli və dövlət atributlarına qarşı sayğısızlıqdır.
Paytaxtın böyük ticarət mərkəzlərindən olan “Master Tibot”da bu üzdəniraq məhsulun qiyməti əvvəl 526 AZN, hazırda isə 175.99 AZN-dir.
Hesab edirik ki, ölkənin hüquq-mühafizə orqanları, istehlak bazarına nəzarət edən qurumlar dərhal məsələyə müdaxilə etməli, bu məshulların bazarlardan yığışdırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Kivnews.com





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək