Yardımlının icra başçısı məmurlara ÖHDƏLİK QOYUB - İLGİNC İDDİALAR...
"Yardımlı rayonundan yazırıq, rayon İcra hakimiyyəti indi də özünə xal qazandırmaq üçün tabeliyində olan ərazi nümayəndəliylərinə tapşiriq verib ki, hər ərazi 20 vətəndaşın mənzilini məcburi sığorta etdirməlidir". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra bildirir: "Tələb olunur ki, "ASAN login"də 100 nəfəri qeydiyatdan keçirməlidir hər icra nümayəndəsi. Onlar da məcburi qaydada "https://rih.gov.az/" portalında Yardımlı rayon İcra Hakimiyyətinin yerləşdirdiyi şəkiləri bəyənməlidir.
19 may 2016 cı ildən Yardımlı rayonuna rəhbərlik edən başçı görəsən, bu 7 ildə Yardımlı rayonunda hansı işdəri görüb ki, indi də düsüb mənziləri məcburi şəkildə sığorta eləidirir, insanları sanki biyara, töycüyə cəlb edirmiş kimi yerli məmurlara öhdəlik qoyur? Hansı yaxşı və faydalı əməlinə görə, sakinlər yerli icranı bəyənməlidir?".
Qeyd edək sakinlərin müraciətində əlavə ittihamlar da var ki, bununla bağlı da dəqiqləşdirmə aparmadan məlumat verə bilmirik. Bizi izləməkdə davam edin.
Məsələ ilə bağlı dia.az olaraq Yardımlı RİH-dən münasibət öyrənmək istəsək də, hər zaman olduğu kimi alınmadı. Yenə də qarşı tərəfi dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək