Tağı Əhmədov Bakıda qaydaları belə pozur-FOTO
Bakıda dəfələrlə məmurların, yüksək vəzifəli şəxslərin xidməti avtomobilləri ilə özbaşınalıqlarının, yol hərəkəti qaydalarını heçə saymasının şahidi olmuşuq.
Bu dəfə Tağı Əhmədovun xidməti avtomobili yol hərəkəti qaydalarını kobud şəkildə pozarkən görüntüləndi.
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun xidməti avtomobili yol hərkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülər üçün qəza vəziyyəti yaradıb.
Musavat.com-un əməkdaşı sabiq metropoliten rəisi Tağı Əhmədovun sürücüsünün idarə etdiyi maşının qayda pozuntularını Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində görüntüləyib. Adını çəkdiyimiz küçədə avtomobil qəzası baş verdiyindən tıxac yaranıb.
Bu zaman Tağı Əhmədovun da içərisində olduğu avtomobil qoşa xətti tapdalayarq, qarşıdan gələn avtomobillərin hərəkət istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını pozub.
Görüntülərdən də aydın olur ki, "Mercedes" markalı 90 AA 220 dövlət nömrə nişanlı avtomobil qaydalara əməl etmədən hərəkətini davam etdirir.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək