“Aquaphor”un kömür süzən su filtirləri
Bakıda məşhur "Aquaphor” su filtirlərində ciddi problemlər yaranıb.
İstehlakçılar bu filtrlərlə bağlı ciddi problemlərlə üzləşib. Filtir su əvəzinə kömür süzür. Aylardır sözügedən filtirlərlə bağlı şirkətlərə şikayət ünvanlansa da, heç bir nəticəsi yoxdur.
Qaynarinfo-nun əməkdaşı da bu problemlə üzləşib. 5 aydan çoxdur ki, sözügedən filtirdən istifadə ilə bağlı "Aquaphor” şirkətinə şikayət ünvanlasa da, heç bir nəticəsi olmayıb.
Qeyd edək ki, "Bizim Market”də bu filtirlərin satışını "Novas” şirkəti həyata keçirir. Məsələ ilə çox sayda istehlakçı şirkətə müraciət edib. Şirkət həmin filtirləri satışdan çıxarmaq əvəzinə, şikayətçilərə başqa bir markaya məxsus su filtirləri təqdim etməklə və "məsələ araşdırılır" deməklə kifayətlənirlər.
Apardığımız araşdırmaya əsasən, sözügedən filtirlər Ukraynadan gətirilib. Bu ölkədəki müharibə səbəbindən orjinal filtirlərin yerini saxta yollarla istehsal edilən filtirlər tutub, bunlar isə Bakıdakı "Bizim Market”lər və digər bu kimi ticarət mərkəzlərində satılır.Qaynarinfo

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək