XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İki radio arasında AÇIQ MÜHARİBƏ — "Qanacaqsız cavabdır"

İki radio arasında AÇIQ MÜHARİBƏ — "Qanacaqsız cavabdır"

İki radio arasında AÇIQ MÜHARİBƏ — "Qanacaqsız cavabdır"
23-06-2017, 11:43

Tanınmış radio aparıcı Tural Yusifovun fotosunun "Avtoradio"nun rəsmi "Facebook" səhifəsində paylaşılması marağa səbəb olub. Hətta bir çoxları Yusifovun iş yerini dəyişdiyini düşünüblər. Ancaq aparıcı özü məsələyə Ölkə.Az vasitəsilə münasibət bildirib. O, qeyd edib ki, "Avtoradio" səhifəsində paylaşılan foto etik normalara və marketinq qaydalarına ziddir:

"İş yerimi dəyişmək fikrim yoxdur. "Avtostop"un 7, "Avtoradio"nun 1 yaşı var. Yeddi yaşlı "Avtostop", bir yaşlı "Avtoradio"dan hələ ki böyükdür. Siz onların səhifəsinə daxil olub şəkillərin layk sayına baxın. Sonra da mənim fotoma gələn bəyənmə sayına diqqət edin. Bundan öncə mən bir şəkil paylaşmışdım. Guya ona cavab verirlər. Mən paylaşdığım şəkildə "Avtoradio"nun kollektivi əllərində "Avtostop" işarəsi göstərirlər. Bildiyimiz kimi, "Avtostop"un işarəsi baş barmaq yuxarıdır. Mənim profilimdə də həmin fotonu görə bilərsiniz.

İyunun 30-da milli radionun-106.3-ün ad günüdür. Mən onu radionun təbliğatına çevirmişəm. Mənim etdiyim "bu mənim bacardığımdır", onların etdiyi "biz neynədik" anlamına gəlir və hərə az qanacağını göstərir. Əgər söhbət bir şeyin yaradıcı reklama çevrilməsindən gedirsə, istənilən marketoloqa göstərin, məlum olacaq ki, birində ağıl işlədiblər, digərində tələsik qərar veriblər. Ora şərh yazanların əksəriyyəti də başa düşmədilər ki, söhbət nədən gedir".

Əməkdaşımızın "Ola bilərmi ki, "Avtoradio"dan sizə iş təklifi olunub və qəbul etməmisiniz. Ona görə də bunun əvəzi olaraq sizə "ilişirlər"" sualına Yusifov belə cavab verib:

""Avtoradio"dan mənə iş təklifi gələndə indiki kollektiv orada işləmirdi və Azərbaycanda az sayda insan bilirdi ki, belə bir radio açılacaq. Düşünmürəm ki, iş təkliflərini qəbul etmədiyim üçün bu addımı atıblar. Bu sadəcə olaraq mənim paylaşdığım posta qanacaqsız cavabdır".

Ölkə.Az sözügedən məsələylə bağlı "Avtoradio"nun direktoru Cavid Nemətzadə ilə də əlaqə saxlayıb. Nemətzadə bildirib ki, rəsmi səhifələrində paylaşılan foto Tural Yusifovun paylaşımına cavabdır:

Qarşı tərəf özü bizə "ilişmişdi". Biz bunu normal marketinq olaraq qəbul edirik və dünyada da belə şeylər mövcuddur. Dostumuz Tural Yusifovun paylaşımına reaksiya olaraq bir saat sonra həmin paylaşımı etdik. Turalın yazdığında marketinqdən daha çox sarkazm var idi. Bizim radionun komandasının fotosunu paylaşmışdı. Əslində isə layk işarəsini Mark Zukerberq trendə çevirib. Bu o demək deyil ki, layk işarəsi Turalın kəşfidir. Bizim komandanın fotosunu paylaşdığından, düşündük ki, kollektivimizdə işləmək istəyir. Ona görə yazdıq ki, nə zamansa böyüyəndə "Avtoradio"da işləyə bilər".

C.Nemətzadə bildirib ki, Tural Yusifovun onların paylaşımına belə reaksiya verməsi çox xoşdur:

"Əgər 1 yaşlı radioya önəm verirlərsə, onun komandasının fotosu "Avtostop" səhifəsində paylaşılırsa, deməli yaşımızdan asılı olmayaraq, rəqib görülürük. Musiqi formatımız Media FM tərəfindən götürülüb. Sevinirik ki, 1 yaşımız tamam olmasa da, "balaca uşağı" artıq təqlid edib, rəqib sayırlar. Bizim paylaşımı çox insanlar Tural Yusifovun "Avtoradio"da işə başlamağı kimi başa düşdü, xeyli zənglər gəldi".

Radio direktoru gələcəkdə Tural Yusifovla iş birliyinin olacağını da istisna etməyib:

"Gələcəkdə Tural Yusifovla radiomuzun iş birliyi ola bilər. Bütün təkliflərə hazırıq və qapılarımız hər zaman dostlarımıza açıqdır. O da bizim dostumuzdur. Ona uğurlar arzulayırıq. Hər ikimizin gördüyü işin məqsədi ictimaiyyəti maarifləndirmək, problemlərin az da olsa həll yolunu tapmaqdır. Bu ayın 30-də 106.3-ün ad günüdür "Avtoradio" komandası adından həmkarlarımızı təbrik edirik".
İki radio arasında AÇIQ MÜHARİBƏ — "Qanacaqsız cavabdır"
İki radio arasında AÇIQ MÜHARİBƏ — "Qanacaqsız cavabdır"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.