"Naxçıvana gedə bilmir" deyilən icra başçısı vəziyyətdən çıxa bilib - Amma müvəqqəti...
Neçə müddətdir ki, barəsində "Naxçıvana gedə bilmir, getməsi yasaqlanıb" deyilən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu günlərdə Naxçıvanda olub. Bu barədə yerli KİV informasiya yayıb.
Qeyd edək ki, bu günlərdə Naxçıvanda “Heydər Əliyev kuboku-2017” yeniyetmələr arasında 15-ci beynəlxalq boks turniri keçirilib. Və Süleyman Mikayılov da həmin törənə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti sifətində qatılıb.
Bu olayı şərh edən məlumatlı mənbənin iddiasına görə, belə bir törəndə iştirakını geniş şəkildə qabartma zərurəti duyan Süleyman Mikayılov əslində yazılanları dolayı yolla təsdiqləmiş olur:
"Neçə müddətdə ilk dəfədir ki, ayağı Naxçıvana dəyir. Həqiqətən də qadağası var. Sadəcə olaraq, son iştirak etdiyi tədbirin fürsətindən yararlanaraq, qadağanın olmadığı barədə təəssürat yaratmağa çalışdı. Halbuki Azərbaycan Boks Federasiyasının prezidenti də var və bu postu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov tutur. Kəmaləddin Heydərov da Süleyman Mikayılovun himayədarı kimi adamının təmizə çıxması üçün əlindən gələni edəcəkdi də. Etdi də. Maraqlı olanı bundan sonrasıdır. Yəni Mikayılovun növbəti səfərindən video yayması... Bu, inandırıcı görünmür".
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...