"Kişiliyiniz elə bu qədərdi?" - Hərbi ekspert Xankəndinin "banlama"sını şərh etdi...
- 22-06-2017, 10:56
- 38 044
Məsələnin üstü açılandan sonra isə, dünən axşamdan ermənilər valı dəyişməyə başlayıblar. Bu ələ keçən bədbəxti az qala tüfeyli, türmədə yatan, psixi vəziyyəti qaydasında olmayan kimi təqdim etməyə çalışırlar. Hə, Qara kişi. Necə deyərlər, "xoruzun quyruğu" artıq görünməyə başladı. Erməni yaramazlar gözəl bilirlər ki, indi bu ələ keçən öz köpəkləri nə vacib məlumatlar söyləsə, bunlar "daş atıb başlarını tutmağa" çalışacaqlar ki, yalandır, adam dəlidir və söylədikləri həqiqətdən uzaqdır.Hətta, fərz etsək ki, bu Ermənistan tərəfinin təqdim etdiyi kimidir. Onda, sual olunur ki, Sizin bəh-bəhlə təriflədiyiniz dövlət sərhədiniz beləmi "etibarlı" qorunur, istənilən şəxs rahat şəkildə hardasa aza və ya yolunu səhv sala bilər? Aydın məsələdir ki, bu dəfə Ermənistan tərəfi çox pis yerdə "axşamlıyıb". İndi biz bu hadisədən və faktdan sakit və ağıllı şəkildə elə istifadə etməliyik ki, mənfur və xain qonşularımızın manevr etməyə heç bir imkanları olmasın. Bu yaramaz və murdar erməniləri elə cəzalandırmaq laızmdır ki, ən azından hər həftə, hər gün bunlar Azərbaycan tərəfindən sarsıdıcı zərbələr alsınlar. Bəlkə onda bunların olmayan ağılları bir balaca tapılar.
Hələliksə, Ermənistan və onların əlaltıları olan separatçılar son bir neçə gündə ard-arda neçə zərbə alıblar. İdman termini ilə desək, bunlar həm nokaut olublar, həm də nokdaunlarının sayı artıq çoxalıb.
Tanrı Azərbaycan əsgərinə güc və qüvvət versin ki, bu yaramazları layiq olduqları cəzaya çatdırsın!
Üzeyir Cəfərov, tanınmış hərbi ekspert