"`Azəriqaz` ayrıca quruma çevrilməlidir..." - TƏKLİF
Məlum olduğu kimi, yeni rəhbərliyin ardından SOCAR-da struktur islahatları aparılır. DİA.AZ bildirir ki, bununla bağlı tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı konkret təkliflə çıxış edib. Hüquq müdafiəçisi qeyd edir:
"Hasil ( Azneft İB) və satış (Azəriqaz IB) edən qurumlar bir əldə (SOCAR) cəmləşə bilməz. Düşünürəm ki, qarşılıqlı nəzarət və şəffaflığın təmin edilməsi üçün ölkə daxilində əhaliyə və qeyri-əhali qrupuna təbii qaz satışını həyata keçirən “Azəriqaz” İB SOCAR-ın tərkibindən çıxarılmalı və müstəqil quruma çevrilməlidir".
DİA.AZ xatırladır ki, "Azəriqaz" İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2009-cu il tarixli 366 nömrəli "Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin maddi texniki bazasında yaradılmışdır.
İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir.
DİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək