Şirvanda yoxa çıxan nişanlı qızlar danışdı: - 20 gün harada olublar?
Xəbər verdiyimiz kimi, itkin düşmüş iki nişanlı qız tapılıb.
Şirvan rayon sakinləri 17 və 18 yaşlı qızlar indiyədək Bakıda olublar və burada marketdə işlədiklərini bildiriblər.
17 gün əvvəl yoxa çıxaraq səs-sorağı bilinməyən 2 nişanlı qız tapılıb.
Şirvan şəhər sakini, 17 yaşlı Aytac Zahidova və qardaşının nişanlısı, 18 yaşlı Əfsanə Quliyeva mayın 26-da evi tərk ediblər. Onlar özləri haqqında yayılan məlumatdan sonra evlərinə qayıtmaq qərarına gəliblər.
Məlumata görə, qızlar bu müddət ərzində Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində bir marketdə çalışıblar.
Aytacın anası Flora Şirinova bildirir ki, paytaxta çatan kimi telefonlarını satıblar və ailələrinə heç bir məlumat verməyiblər.
20 günə yaxındır qızının yolunu gözləyən valideyni Flora Şirinova onu görən kimi sevindiyindən özündən gedib və evə təcili yardım çagrılıb. Qızların itkin düşmələri barədə Şirvan polis şöbəsinə yazılı müraciət olunmuşdu.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək