XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının X konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının X konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının X konfransı keçirilmişdir
12-06-2017, 10:12

8 iyun 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının X konfransı keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, millət vəkilləri, YAP rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri, Təmraz Tağıyev gündəliyə uyğun olaraq IX konfransdan ötən dövr ərzində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Dövlətimizin başçısının apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan danışan Təmraz Tağıyev müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan bəhs edib, YAP-ın monolit birliyi, böyük sosial bazası olan bir partiya olduğunu və Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasını yarandığı gündən Heydər Əliyev partiyası kimi tanıyaraq daima etibar etdiyi və dəstəklədiyini bildirib.
Ötən dövr ərzində YAP Nərimanov rayon təşkilatının tərkibinin daha da genişlənərək, üzvlərinin sayının 21 mini ötdüyünü deyən T.Tağıyev təşkilatın YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını layiqincə yerinə yetirdiyini vurğulayıb.
Partiya üzvlərinin sıralarının sürətlə artmasından xüsusi qeyd edən natiq, Nərimanov rayon təşkilatının respublikanın ən aparıcı təşkilatlarından biri olaraq onun üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyinə əminlik ifadə edib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev YAP-nın Azərbaycanın aparıcı siyasi qüvvəsi oluğunu qeyd edib, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş, böyük tarixi hadisə kimi dəyərləndirib. A.Fərzəliyev YAP və onun böyük lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoyduğunu, olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsinin Heydər Əliyev fenomeninin, dühasının misilsiz qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb.
Natiq, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin əzmkar fəaliyyətinin Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, günü-gündən sıraları durmadan genişlənən YAP-nın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayaraq, onun güclü siyasi partiya kimi özünü təsdiqləməsini dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndiyini söyləyib.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransda çıxış edərək YAP-ı Ümummilli Liderimiz Heydər Əliyev siyasətinin, Ulu Öndərin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin bu gün həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edən bir partiya kimi səciyyələndirərək, çoxminli üzvü olan bu təşkilatın yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq siyasi meydana qədəm qoyduğunu, tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrildiyini deyib.
Partiyaya vaxtilə Heydər Əliyev kimi görkəmli şəxsiyyətin rəhbərlik etməsinin cəmiyyətin bütün təbəqələrinin bu siyasi təşkilatın ətrafında birləşməsinə səbəb olduğunu deyən Ə.Həsənov, Yeni Azərbaycan Partiyasının bu gün Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixində indiyə qədər heç bir siyasi təşkilata müyəssər olmamış yüksəkliyə, ictimai nüfuza sahib olduğunu vurğulayıb.
Ə.Həsənov eyni zamanda, ölkəmizdə mütəmadi olaraq həyata keçirilən islahatların miqyasından və əhəmiyyətindən danışaraq, XX əsrin son onilliyində Azərbaycanın dinamik inkişafında, onun gələcək tərəqqisinin əsaslarının formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin islahatlar strategiyasının misilsiz rol oynadığını diqqətə çatdırıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu strategiyanı uğurla davam etdirməsi nəticəsində Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyinə toxunan natiq, ölkəmizin iqtisadi sferada belə yüksək inkişafının xalqımızın qürur mənbəyini təşkil edən mühüm amillərdən biri olduğunu və belə dinamik inkişafla dövlətimizin bütün dünyaya öz iqtisadi qüdrətini, özünün liderinin peşəkarlığını və məharətini sübut edə bildiyini vurğulayıb.
Konfransda çıxış edənlər Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırmasının, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın lider dövlətinə çevrildiyini xüsusilə vurğulayıblar.
Rəsmi çıxışlardan sonra təşkilati işlərə baxılmış, rayon təşkilatının sədri, sədr müavinləri, idarə heyəti və şura üzvləri seçilmişdir. Təmraz Tağıyev yenidən YAP rayon Təşkilatının sədri seçilmişdir.
Sonda Yeni Azərbaycan Partıyası tərəfindəm keçirilən tədbirlərdə yaxından iştirak etdiyinə və Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə bir qrup partiya fəalı Fəxri fərman və hədiyyələrlə təltif olunub.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının X konfransı keçirilmişdir
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının X konfransı keçirilmişdir
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının X konfransı keçirilmişdir
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının X konfransı keçirilmişdir
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının X konfransı keçirilmişdir

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.