“CityNet” dələduzluğu bitmək bilmir: - Hər gün yaşanan kəsinti insanların əsəblərini tarıma çəkib
“CityNet” internet provayderi abunəçiləri narazı salmaqda davam edir.
Xalqxeber.az Yenicag.az-a istinadla xəbər verir ki, internet provayderin keyfiyyətsiz təminatı və abunəçi narazılığına biganə münasibəti artıq pik həddə çatıb.
Belə ki, artıq Bakı şəhəri Yasamal rayonu ərazisində bir həftədən çoxdur davam edən internet kəsintisi hələ də yaşanmaqdadır. Səhər saatlarından günortaya qədər davam edən kəsintilər insanların işinə əngəl yaratmaqla bərabər, əsəb sistemlərini də korlayır.
Heç bir xəbərdarlıq edilmədən internet verilişinin dayandırılması sözügedən provayderin vətəndaş məmnunluğu prinsipini heçə saydığını sübut edir.
Fasiləsiz internet təminatı ilə bağlı öhdəlik götürən şirkətdən bildirilir ki, ərazidə müxtəlif işlər aparıldığından internet verilişində fasilələr yaşanır. Lakin bu fasilələrlə bağlı abunəçilər məlumatlandırılmır.
“CityNet” provayderi əvvəllər də olduğu kimi, vətəndaşlara düzgün xidmət göstərməməklə dələduzluq əməllərini davam etdirir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...