Daha 5 min nəfərə "Müharibə veteranı" adı veriləcək
Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5000 nəfərdən artıq vətəndaşın sənədləri "Müharibə veteranı" adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.
MN-dən verilən məlumata görə, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları "Müharibə veteranı" adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcəkdir.
Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə "Müharibə veteranı" adı verilib, müraciəti daxil olmuş digər vətəndaşların Vətən müharibəsi iştirakı ilə bağlı arayış-məlumatları isə tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndəriləcək.
Bildiririk ki, hər bir vətəndaşın müraciətinə xüsusi həssaslıqla yanaşılır. Müraciətlərin araşdırılması fərdi yanaşma və vaxt tələb etdiyindən vətəndaşlardan qarşıya çıxan qayğıları anlayışla qarşılamağı xahiş edirik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...