Azərbaycanda nazirlik vətəndaşlara xəbərdarlıq etdi
- 30-05-2017, 14:02
- 58 524
Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedənlərə xəbərdarlıq edib. Nazirliyin yaydığı məlumatda bildirilir ki, turizm şirkətlərinin vasitəsi ilə xarici ölkələrə və ölkə daxilində səyahətlərini təşkil edərkən turist vauçerini və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilərsiniz.