Azərbaycanda nazirlik vətəndaşlara xəbərdarlıq etdi
Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə, eləcədə ölkə daxilində turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.
Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedənlərə xəbərdarlıq edib. Nazirliyin yaydığı məlumatda bildirilir ki, turizm şirkətlərinin vasitəsi ilə xarici ölkələrə və ölkə daxilində səyahətlərini təşkil edərkən turist vauçerini və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərsiniz.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək