SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qüvvədə qalan qarantin qadağaları - SİYAHI

Qüvvədə qalan qarantin qadağaları - SİYAHI

Tarix:

1-05-2022, 16:00

/ 367 dəfə oxundu.
Qüvvədə qalan qarantin qadağaları - SİYAHI


Bu gündən ölkə ərazisində maska tələbi ləğv edilib.

Bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib.

Maska tələbinin ləğv edilməsinə baxmayaraq Azərbaycanda bəzi karantin qadağaları qalamqdadır. 

Onları təqdim edirik:

2020-ci il 28 fevral tarixindən tətbiq edilmiş xüsusi karantin rejimi hələ də davam edir. Onun vaxtı 1 iyul 06:00-dək uzadılıb.

Reklamınızı SmartBee ilə effektiv edin.
Azərbaycanın quru sərhədləri hələ ki bağlıdır. 2020-ci il martın 4-də ilk olaraq İranla sərhəd iki həftəlik qapadıldı. Buna səbəb isə ölkə ərazisində ilk virusa yoluxmuş şəxsin (fevralın 28-də təsbit olunub - red.) İrandan gəlməsi idi. Sonra isə tədricən digər quru sərhədlər də qapandı.

2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya iki COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edildi.

Fevralın 15-dən COVID-19 vaksininin ikinci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilmir. "Buster" doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmırlar.

Şərhlər

XƏBƏR LENTİ