SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu şəxslərin təqaüdləri ARTIRILDI

Bu şəxslərin təqaüdləri ARTIRILDI

Tarix:

16-02-2022, 11:28

/ 342 dəfə oxundu.
Bu şəxslərin təqaüdləri ARTIRILDI

İşləyən pensiyaçıların təqaüdləri artırılıb.

Bu barədə  ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və işləməkdə davam edən 1307 şəxsin pensiyasını yenidən hesablayaraq artırıb: "Əmək pensiyaları haqqında” Qanuna əsasən, şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edənlərin sosial sığorta sistemində iştiraka marağının stimullaşdırılmasına xidmət edir".

Şərhlər

XƏBƏR LENTİ