SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu şirkət dövlət qurumlarının əsas favoritidir... – “Zeytun”-a daha bir 1,5 milyonluq tender

Bu şirkət dövlət qurumlarının əsas favoritidir... – “Zeytun”-a daha bir 1,5 milyonluq tender

Tarix:

7-02-2022, 13:37

/ 365 dəfə oxundu.
Bu şirkət dövlət qurumlarının əsas favoritidir... – “Zeytun”-a daha bir 1,5 milyonluq tender

 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması üzrə tenderin qalibini açıqlayıb. DİA.AZ xəbər verir ki, 1 518 166 min manatlıq tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC olub.

Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.

DİA.AZ xəbər verir ki, bu cür iri məbləğli tenderləri qazanmaq 2014-cü ildə fəaliyyətə başlayan və qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğlu olan “Zeytun Pharmaceuticals” şirkəti üçün artıq çoxdan adi hala çevrilib. Nə işdirsə, dövlət qurumlarının böyük əksəriyyəti dava-dərmanı və tibbi ləvazimatları məhz bu şirkətdən almağa üstünlük verirlər. Məsələn, təkcə keçən ilin oktyabr ayı ərzində yalnız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu şirkətə üst-üstə 11 milyon manatdan artıq dəyəri olan tenderlər verib.

Şirkət həmçinin, Fövqəladə Hallar Nazirliyindən Daxili İşlər Nazirliyinə qədər əksər qurumların “daimi müştərisi” sayıla bilər. Azərbaycanda tenderlərin keçirilməsi “qaydaları”, dərman bazarının vəziyyəti, satışa çıxarılan məhsulların keyfiyyəti, eləcə də bazardakı inhisarçılıq səviyyəsi barədə çox tənqidlər və şikayətlər olub. Ancaq dəyişən bir şey yoxdur.

Onu da xatırladaq ki, həmin bu “Zeytun Pharmaceuticals” MMC-nin adı bir neçə il əvvəl rəsmi qaydada ölkəyə keyfiyyətsiz dərman preparatları gətirən şirkətlərin sırasına salınmışdı. Belə ki, 2018-ci ildə Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatı və qida əlavələrinin müsadirə edilərək zərərsizləşdirildiyinə dair yayılan rəsmi məlumatda bir neçə şirkətlə yanaşı, “Zeytun Pharmaceuticals” MMC-nin də adı keçirdi.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ