SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elton Məmmədovla bağlı məhkəmə prosesi başladı

Elton Məmmədovla bağlı məhkəmə prosesi başladı

Tarix:

2-02-2022, 16:36

/ 364 dəfə oxundu.
Elton Məmmədovla bağlı məhkəmə prosesi başladı

Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi başlayıb.

Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, E. Məmmədov məhkəməyə məktub göndərib və üzrlü səbəbdən prosesdə iştirak edə bilməyəcəyini bildirib.

Daha sonra xüsusi ittiham qaydasında şikayət verən AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Kamal Əliyev şikayətlə bağlı məhkəməyə əlavə ərizə təqdim edib.

K. Əliyev bildirib ki, məhkəməyə şikayət verdikdən sonra Elton Məmmədov "YouTube" kanallarından birində çıxış edərək onu yenidən təhqir edib.

Məhkəmə ərizəni baxılmamış saxlayıb.

E. Məmmədov məhkəmədə iştirak edə bilmədiyi üçün iclas fevralın 9-a təxirə salınıb.

Qeyd edək ki, E. Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub. Səbail rayon Məhkəməsinə müraciət edən şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır

Şərhlər

XƏBƏR LENTİ