Vüsalə Balayeva “Eurasia Diary” saytına baş redaktor TƏYİN EDİLDİ
Jurnalist Vüsalə Balayeva Ednews.net (Avrasiya Gündəliyi) beynəlxalq analitik informasiya portalına yeni baş redaktor təyin olunub.
Bizim.Media xəbər verir ki, bundan əvvəl bir neçə media qurumda məsul vəzifələrdə çalışan Vüsalə Balayevanın son iş yeri Bizim.Media saytı olub.
O, burada 1 ildən artıq müddətdə redaktor-jurnalist və Parlament müxbiri kimi fəaliyyət göstərib.
Vüsalə Balayeva karyerası ərzində Azərbaycan Radiosunun Proqramlar Departamentində şöbə müdiri, İctimai Televiziyada redaktor, daha sonra baş direktorun radio üzrə müavini vəzifəsində çalışıb və bir sıra layihələrin rəhbəri olub.
Eyni zamanda, keçmiş ANS televiziyasında Proqramlar departamentinin direktor müavini kimi fəaliyyət göstərib.
Qeyd edək ki, ednews.net (Avrasiya Gündəliyi) Beynəlxalq Avrasiya Mətbuat Fondu və Avrasiya Media Şəbəkəsinin müxtəlif regional və qlobal münaqişələrin dinc yolla həll olunması istiqamətində töhfə vermək məqsədi daşıyan təşəbbüsüdür. Sayt 2015-ci il avqustun 1-dən fəaliyyət göstərir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...