Səlcuq Bayraktardan Azərbaycanla bağlı ÇAĞIRIŞ
- 16-01-2022, 16:00
- 467
Səlcuq Bayraktar texnoloqları müsabiqəyə qoşulmağa çağırıb.
“Bir millət, iki dövlət və birlikdə daha güclü bir gələcək üçün tək festival Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə gec olmadan sən də qoşul”, - Bakraktar sosial şəbəkədəki hesabında yazıb.
Qeyd edək ki, texnologiya, elm, rəqabət festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək. “Texnofest-Azərbaycan” çərçivəsində keçiriləcək yarışmalara qeydiyyatlar artıq başlayıb.