Qəlyana görə 10 400 manat cərimə - Video
- 24-11-2021, 22:10
- 660
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Növbəti belə tədbir zamanı Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən "Frend House” çay evində qəlyandan istifadə edilməsi barədə polisə məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.
Orada qəlyandan istifadə edən 16 nəfərin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400, çay evinin sahibi Teymur Quliyev isə 4 000 manat məbləğində cərimələnib.