SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Taksi sürücülərini aldadan 18 yaşlı qız SAXLANILDI

Taksi sürücülərini aldadan 18 yaşlı qız SAXLANILDI

Tarix:

19-11-2021, 13:44

/ 663 dəfə oxundu.
Taksi sürücülərini aldadan 18 yaşlı qız SAXLANILDI


Daxili İşlər Nazirliyi taksi sürücülərini aldadan qadınla bağlı məlumat yayıb.

DİN-dən  daxil olan məlumata görə, bir neçə gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə məlumat paylaşılmışdır ki, Bakı şəhəri ərazisində yeniyətmə qız taksi xidmətlərindən istifadə edərək gedəcəyi ünvana çatdıqdan sonra gediş haqqını ödəmədən, o cümlədən müxtəlif bəhanələr gətirərək sürücüləri aldadıb onlardan 20-30 manat pul aldıqdan sonra yaxınlıqda olan çoxmərtəbəli binalara daxil olaraq qayıtmır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin qızın paytaxtın Yasamal rayonunda yaşayan 18 yaşlı Səriyyə İsmayılova olması müəyyən edilmişdir. O, saxlanılaraq polis idarəsinə gətirilmiş və törətdiyi hüquqazidd əməlləri etiraf etmişdir.

Onu da qeyd edək ki, S.İsmayılovanın hüquqazidd əməlləri ilə bağlı Bakı şəhəri üzrə ərazi polis orqanlarına heç bir şikayət xarakterli müraciət daxil olmamışdır. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ