Türkiyə səfirindən başsağlığı
- 17-11-2021, 20:00
- 425
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı dövlət sərhədində Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçuların yaxınlarına başsağlığı verib.
Bu barədə səfir “Twitter” hesabında paylaşım edib.
“Daha 7 qardaşımız vətən uğrunda şəhid olub. Ailələrinə, döyüş yoldaşlarına və qardaş Azərbaycana başsağlığı verir, səbr diləyirik. Başımız sağ olsun”, - paylaşımda deyilir.