Kamil Musəvi: “Özümə təzə villa almışam. Operativ Qərargahın qərarları kimi...“ - Foto
- 29-06-2021, 11:17
- 1 841
İstirahət üçün Qəbələyə üz tutan qazi sosial şəbəkə hesabında görüntülərini paylaşıb.
Belə ki, “tərs ev”in qarşısında şəkil çəkdirən Kamil fotoya “Özümə təzə villa almışam. Operativ Qərargahın qərarları kimi tərsinədir” - deyə şərh yazıb.
Qeyd edək ki, kəşfiyyat qrupunun komandiri vəzifəsini icra edən Kamil Musəvi 2015-ci il oktyabr ayının 12-də gecə saat 23:46-da Talışkənd istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman bir gözü və ayağından yaralanıb.