SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Aprel Şəhidimizin bacısına millət vəkilindən və icra hakimiyyətindən - BÖYÜK JEST

Aprel Şəhidimizin bacısına millət vəkilindən və icra hakimiyyətindən - BÖYÜK JEST

Tarix:

12-05-2017, 13:44

/ 88 721 dəfə oxundu.
Aprel Şəhidimizin bacısına millət vəkilindən və icra hakimiyyətindən - BÖYÜK JEST

Aprel Şəhidimiz Mahir Sabir oğlu Mirzəyevin bacısı Azərbaycan Dövlət İqtisat Universitetinin dörüncü kurs tələbəsi Aygül Mirzəyevanın 2000 təhsil haqqı bağışlanılıb. Şəhidimizin bacısının sonuncu kurs təhsil haqqı Nərimanov rayon icra hakimiyyəti və bələdiyyəsi tərəfindən ödənilib.
Məsələylə bağlı Şəhidimizin atası Sabir Mirzəyevlə əlaqə saxladıq. Şəhid atası bildirib ki, qızı dördüncü kurs tələbəsidir və bu il universiteti bitirir. Amma maddi imkanı olmadığına görə 2000 təhsil haqqını ödəyə bilməyib. Bununla bağlı universitet rəhbərliyinə müraciət edən Şəhid atasına bildirilib ki, köməklik olunmayacaq.
Təhsil haqqını qızınız ödəməsə imtahana buraxılmayacaq. Bundan sonra Şəhid atası Nərimanov rayonundan seçilən millət vəkili Adil Əliyevə müraciət edib. Adil Əliyev məsələylə bağlı Nərimanov rayon icra hakimiyyətinə müraciət edib. Millət vəkilinin təşəbbüsündən sonra Şəhidimizin bacısının təhsil haqqı Nərimanov rayon icra hakimiyyəti və bələdiyyə tərəfindən ödənilib. Şəhid atası başda millət vəkili Adil Əliyev olmaqla Nərimanov rayon icra hakimiyyətinə və bələdiyyəsinə minnətdarlıq edib.
Xatırladaq ki, aprel Şəhidimiz Mahir Mirzəyev də Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və sənaye” fakulitəsini bitirib. Şəhidimizin bacısı isə “Dünya iqtisadiyyatı” fakulitəsində oxuyur.
moderator

Şərhlər

XƏBƏR LENTİ