Cazibənizi artıracaq makiyaj dəbi
Pandemiya səbəbilə bir ildən çoxdur ki, üzümüzü maska altında gizlətməyə məcburuq.
Vizajistlər bu problemdən çıxış yolunu göz makiyajına önəm verməkdə görür. Odur ki, bu yay göz kölgələrinin istənilən çalarını istifadə etməkdə azadsınız.
Klassik göz makiyajları aktuallığını itirib desək, yanılmarıq. Qara layner və qələmləri rəngli versiyalarına dəyişin ki, yayın optimist əhval-ruhiyyəsi baxışlarınızdan oxunsun.
Makiyaj sevən xanımlar üçün ilhamverici nümunələr seçmişik.
Rəngli layner
Rəngli laynerlərdən qorxmaq lazım deyil. Yadda saxlayın ki, minimalist makiyajda qırmızı rəng belə, öz təsir gücünü bir qədər itirir.
Birrəngli
Monoxrom göz kölgələri ilə baxışlarınızı ön plana çıxarın və yeni rənglərlə dumanlı göz makiyajının fərqli versiyasını sınaqdan keçirin.
Ərəbsayağı
Ərəbsayağı vizaj ilə baxışlarınıza daha dərin cəlbedicilik gətirə bilərsiniz.
Qarışıq
Bu makiyaj cəsarətli və fərqlənməyi sevən xanımların seçimi olacaq. Mövsümün trend rənglərini makiyajda əks etdirməkdən çəkinməyin. Belə göz makiyajında heç bir maska cazibənizin azalmasına imkan verməyəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...