SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabir Rüstəmxanlı jurnalist Niyaz Niftiyevlə bağlı çağırış etdi

Sabir Rüstəmxanlı jurnalist Niyaz Niftiyevlə bağlı çağırış etdi

Tarix:

21-05-2021, 13:02

/ 513 dəfə oxundu.
Sabir Rüstəmxanlı jurnalist Niyaz Niftiyevlə bağlı çağırış etdi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı hakimlərin təyinatı ilə gündəlikdəki məsələyə münasibət bildirərkən deddi ki, dünyada cəzanın yüngülləşdirilməsi prosesi gedir. Millət vəkili ardınca həbsdə olan jurnalist həmkarımız Niyaz Niftiyevdən bəhs etdi.

Deputat bildirdi ki, uzun illər jurnalistika sahəsində çalışan N.Niftiyev “Tərəqqi” medalı alıb, prezident ona ev hədiyyə edib, kitabların müəllifidir. “Sonra gedib bələdiyyə seçkilərinə qatılıb və Binəqədidə onu bələdiyyə sədri seçiblər. Bir həftə sonra isə 214 manat rüşvət almaqla ona məhkəmə işi açıblar. Üstündən 1 il 3 ay keçir. 1 il 3 aydır məhkəmə başa çatmayıb. Ailəsi çətin vəziyyətdədir, oğlu əsgərlikdədir, xəstə anası var. Yaxşı, məhkəmə başa çatmırsa, onu niyə həbsdə saxlayırsınız? Jurnalistdir, onun keçdiyi yola hörmət etmək lazımdır”.

S.Rüstəmxanlı daha sonra hərbçilərdən biri ilə bağlı baş verən hadisədən bəhs edərək dedi ki, Gəncədə bir əsgər Kəlbəcərdə döyüşüb, orden alıb. Sonra yolla gedərkən qəza törədib, avtomobillərdən birinə 700 manat ziyan vurub. Ailəsi zərərçəkmişə hətta təzə maşın vəd etsə də, deyilib ki, yox, iş hökmən məhkəməyə getməlidir. Deputat hərbçinin keçdiyi döyüş yolunu nəzərə almağa çağırdı.

Musavat.com

Şərhlər

XƏBƏR LENTİ