SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Azərbaycanda ən məntiqsiz, ən aferist, göz görə-görə camaatı dolayan...” – Hacının dənizdə qurduğu tor

“Azərbaycanda ən məntiqsiz, ən aferist, göz görə-görə camaatı dolayan...” – Hacının dənizdə qurduğu tor

Tarix:

7-05-2021, 17:33

/ 11 286 dəfə oxundu.
“Azərbaycanda ən məntiqsiz, ən aferist, göz görə-görə camaatı dolayan...” – Hacının dənizdə qurduğu tor

"Azərbaycan tarixində məmurların, məmurlara bağlı biznes çevrələrinin çox sayda fırıldaq, büdcəni sökən, dövlət banklarından kredit götürüb qaytarılmayan layihələri olub. Amma onların arasında ən məntiqsizi, ən aferisti, göz görə-görə camaatı dolayanı “Xəzər adaları” layihəsi olub”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. “Layihənin görünən üzü İbrahim Nehrəmli 2011-ci ildə bu ideyanı elan edərkən demişdi ki, bu layihə 120 mlrd. dollara başa gələcək, həmin il Azərbaycanın büdcəsi 15,7 mlrd. manat olub, yəni adam dövlət büdcəsindən 7 dəfə çox olan bir layihəyə başladığını elan etdi, həmin söhbəti TV kanallar, media tirajlamağa başladı. Nehrəmli biznesmenin əsas aktivi ən yüksək çinli məmurlara yaxın, dost olması idi. Nəticədə Hacı İbrahim Beynəlxalq Bankdan 800 mln. Manat-1 mlrd. dollar kredit aldı. Bakıdan 25 km uzaqlıqda 1 mlrd. dollarlıq kreditə 5-6 binanın “skileti” ucaldıldı, paralel olaraq Hacı İbrahim elan etdi ki, orda evləri satışa çıxarır, kvadrat metrinə 5100 dollar qiymət qoydu, təbii ki, müştəri tapılmadı”,-deyə iqtisadçı əlvə edib.



Natiq Cəfərli vurğulayıb ki, belə evlərin potensial müştəriləri oğru məmurlar ola bilərdi:

“Zatən bizdə varlı kəsm onlardır, amma onlar oğru olsalar da, ağılsız deyillər. Sağı-solu sement zovodları, sənaye müəssisələri olan, havası, dənizi çirkli, küləklərin “döydüyü” bir məkanda heç kim o qiymətə ev almazdı. Həmin zaman 100 m2 mənzilə 510 min dollar qiymət qoyuldu, o pula 2011-ci ildə, məsələn, Bolqarıstanda 10 villa almaq olardı”.

Ekspert İbrahim Nehrəmlinin həmin dövrdə bir neçə türk iş adamını, o cümlədən məşhur Ali Ağaoğlunu Bakıya dəvət etdiyini qeyd edib:

“Hacı həmin yeri onlara göstərib, şərik olmağı təklif edib, amma iş alınmayıb – ağlı başında olan iş adamı təklifləri qəbul etməyib. Sonrası məlumdur. Beynəlxalq Bankla bağlı cinayət işi, Hacını gah tutdular, gah buraxdılar, sonra da o layihəni Beynəlxalq Bankın balansına alıb Hacıya bütün borcu bağışladılar, çünki Hacı o 1 mlrd. dolları tək “yeməmişdi”. Sonra Beynəlxaq Bankı toksik kreditlərdən təmizləmək, balansını normallaşdırmaq üçün “Xəzər Adaları” layihəsinin adını dəyişib “Yeni Şəhər” qoyublar və yeni yaradılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına veriblər.

“Azərbaycan Sənaye Korporasiyası” bu günlərdə “Yeni Şəhər” kompleksində infrastruktur layihələri üçün 40 adda (!!!) tender elan edib, məbləği elan etməyiblər, amma pulları yenə göyə sovururlar. Hələ həmin yerin nə olacağını, necə fəaliyyət göstərəcəyini bilmirlər, amma tender elan edib pul yeməklə məşğuldurlar.

2012-ci ildən hələ problem yaranmadığı zamandan bu layihənin mənasız olduğunu söyləmişəm, sonra isə bu bataqlıqdan çıxmaq üçün yollar da təklif etmişəm. Belə ki, dövlət bu yükü üzərindən atmalı, xarici investor tapmalı, 49 illik həmin sahəni icarəyə verməli, həmin məkanda əyləncə və oyun zonasının təsis edilməsinə qərar verməlidir. Ora daimi yaşayış üçün uyğun deyil, amma otellər, restoranlar, əyləncə məkanları, kazinolar üçün çox uyğundur. Bakıya yaxın belə bir Əyləncə və Oyun Mərkəzinin yaranması on minlərlə iş yeri, yüz milyonlarla illik dövriyyə, büdcəyə isə ildə on milyonlarla vergi deməkdir.

Ziyanın yarısından qayıtmaq da kardır, nə qədər gec deyil, ağlınızı başınıza toplayın işğaldan azad edilmiş torpaqların bərpasına milyardlarla vəsait tələb olunan bir dövrdə mənasız layihəyə əlavə büdcə pulu xərcləməyin”.

Şərhlər

XƏBƏR LENTİ