Bakıya 30 min turist gələcək: - Metro açıla, maska məcburiyyəti götürülə bilər
- 6-05-2021, 08:57
- 477
Cebhe.info xəbər verir ki, brifinqdə karantin qaydalarına bəzi dəyişikliklərin olacağı, yumşalmalara gediləcəyi gözlənilir.
İddialara görə, açıq havada maska taxmaq məcburiyyəti qaldırıla bilər. O cümlədən, metronun açılması və şənbə, bazar günlərində ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsi gözlənilir.
Qərarların 1 iyun tarixində başlayacaq AVRO-2020-nin 4 qrup oyununun Bakıda keçirilməsi ilə əlaqədar qəbul ediləcəyi deyilir.
Xatırladaq ki, AVRO-2020 çərçivəsində Bakıya 30 min turistin gələcəyi gözlənilir.