"Yeni Klinika"ya o rəhbər gətirilir - İDDİA
- 5-05-2021, 13:39
- 656
O, koronaviruslu xəstələrin tibb müəssisəsinə yerləşdirilməsi müqabilində rüşvət almaqda ittiham olunur.
Musavat.com-a istinadən xəbər veririk ki, klinikanın direktoru vəzifəsinə hazırda Mərkəzi Neftçilər Xəstəxanasının direktoru olan Musa Abbasovun gətiriləcəyi gözlənilir.
Artıq Musa Abbasov bir neçə gündür "Yeni Klinika"ya baş çəkir. Təhvil-təslim prosesinin aparılması ilə bağlı məlumat var.
Bildirilir ki, yaxın günlərdə Musa Abbasovun direktor təyin olunması rəsmi olaraq açıqlanacaq.