Piyadalar keçiddə buna mütləq əməl etməlidir - DYP-dən növbəti çağırış - VİDEO
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Piyadalar, diqqətli olun!” şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi ilə bağlı daha bir maarifləndirici videoçarx hazırlayıb.
Avtosfer.az xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sükan arxasında məsuliyyətsizlik edən sürücülərdən qorunmaq üçün piyadaları diqqətli olmağa təşviq etmək və qəzaların qarşısını almaqdır. Videoda gənc ailə təsvir olunub. Yeni dünyaya gələcək övladlarının sevincini yaşayan cütlük avtomobildə hərəkət edir. Bu zaman sürücü öz sevincini bölüşmək üçün tez-tez arxa oturacaqda əyləşmiş hamilə xanımına baxıb onunla söhbət edir. Nəticədə yolu keçmək istəyən digər piyadanı görmür. Qəza baş verəndən sonra isə özü, həyat yoldaşı və piyada həyatını itirir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, yol nəqliyyat hadisələrinin baş verməsində qayda pozuntuları ilə yanaşı, sürücülərin sükan arxasında diqqəti yayındıracaq hərəkətlərdə iştirak etməsi də səbəb olur.
Ona görə də bu cür intizamsızlıq və məsuliyyətsizliyin qurbanı olmamaq üçün, burada piyadaların üzərinə də bir məsuliyyət düşür. Piyadalar istər nizamlanan, istərsə də nizamlanmayan keçidlərdən keçən zaman sürücünün ona yol verdiyinə əmin olduqdan sonra keçidə daxil olmalıdır. Hətta artıq keçiddə hərəkətə başlamış olsa belə, nəqliyyat vasitələrinin hərəkətini müşahidə etməlidir. Bəzən sürücülər sükan arxasında telefondan istifadə etdikləri və ya hər hansısa bir fikri yayındıracaq hərəkətlər etdikləri üçün piyada keçidindən keçən piyadanı görməyərək onu vurub öldürür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...