SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MSK-nın yeni sədri kim olacaq? - İki namizədin adı siyahıda

MSK-nın yeni sədri kim olacaq? - İki namizədin adı siyahıda

Tarix:

26-04-2021, 22:16

/ 479 dəfə oxundu.
MSK-nın yeni sədri kim olacaq? - İki namizədin adı siyahıda

Milli Məclisin 27 apreldə keçiriləcək plenar iclasında Mərkəzi Seçki Komissiyasının üzvləri və əvəzedici üzvlərinin seçilməsi ilə bağlı məsələyə baxılacaq.

Cebhe.info xəbər verir ki, artıq MSK-nın tərkibi üçün nəzərdə tutulan üzvlərin siyahısı bəllidir.

Belə ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, ehtiyat üzv olaraq isə Sürəddin Hümmətovun namizədliyini irəli sürüb.

Bitərəflərin namizədləri isə Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Fuad Cavadov, Nailə Əsgərova və Aydın Muradovdur.

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK üzvlüyünə namizədləri Böyük Quruluş Partiyasından (BQP) Bəxşeyiş Əsgərov, Ana Vətən Partiyasından (AVP) Etibar Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Mikayıl Rəhimli, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) Almas Qəhrəmanlı, Azərbaycan Demokratik İslahatlar Partiyasından (ADİP) (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılıb) Tofiq Həsənov, ReAL Partiyasından Mətin Rəhimlidir.

Qeyd edək ki, yeni tərkibin 6 üzvü hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlament təmsilçiləri olacaq. Digər 6 üzv bitərəf deputatları, 6 üzv isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edəcək. Hər kəsi maraqlandıram məqam isə MSK-ya kimin rəhbərlik edəcəyidir.

Cebhe.info xəbər verir ki, hazırda əsasən MSK sədri ola biləcək iki şəxsin adı çəkilir. Onlardan biri hazırkı MSK sədri Məzahir Pənahovdur. MSK sədri olacağı iddia olunan digər şəxs isə YAP-ın üzvlük siyahısında yer alan Rövzət Qasımovdur. Qeyd edək ki, Rövzət Qasımov bu günə qədər MSK-da Mili Məclisində heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edən sədr müavini olub.

Şərhlər

XƏBƏR LENTİ