SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elçin Quliyev yola salınır - DSX-nin YENİ RƏİSİ BU ŞƏXS OLACAQ/ foto

Elçin Quliyev yola salınır - DSX-nin YENİ RƏİSİ BU ŞƏXS OLACAQ/ foto

Tarix:

25-04-2021, 21:15

/ 1 462 dəfə oxundu.
Elçin Quliyev yola salınır - DSX-nin YENİ RƏİSİ BU ŞƏXS OLACAQ/ foto

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yaxın zamanlarda öz vəzifəsi ilə vidalaşaq. Onun yerinə DSX rəisinin müavini, Sərhəd Qoşunlarının komandanı general-leytinant Araz Məmmədov təyin ediləcək.
Bu barədə Gununsesi.info-ya DSX-dakı mənbələrərdən informasiya daxil olub. Məlumata görə, bu təyinatla bağlı  artıq Elçin Quliyevin özündə də bilgisi var.
Bir müddət əvvəl DSX-da keçirilən antikorrupsiya əməliyyatlarının istintaqı ilə bağlı araşdırmaların nəticəsi Elçin Quliyevin yola salınmasını qaçılmaz edib.
Faktiki olaraq DSX-ya rəhbərliyi Araz Məmmədov həyata keçirilir.
Yeni hərbi hissələrin açılışından tutmuş digər məsələlərin həllini ali rəhbərlik Araz Məmmədovla qərarlaşdırır.
Saytımızı bilgiləndirən mənbə onu da deyib ki, DSX rəisi postuna Araz Məmmədovun müəyyən edilməsi təsadüf olmayıb.
Belə ki, adıçəkilən xidmətdə Elçin Quliyevlə uzun müddət konfilikt münasibətində olan şəxs məhz Araz Məmmədov olub.

Hətta onun  general-leytenant alması Elçin Quliyevin başı üzərindən olub. Belə ki, Elçin Quliyevin  DSX zabitlərinin ali hərbi rütbələrinin artırılması ilə bağlı Prezidentə yolladığı təqdimatında Araz Məmmədovun adı olmasa da “yuxarıdan” gələn zənglə bu məsələ öz həllini tapıb.
Ancaq rütbələrin verilməsi  mərasimində Elçin Quliyev öz müavininə yeni rütbəni təqdim etməkdən imtina edib.
Gununsesi.info
 

Şərhlər

XƏBƏR LENTİ